Ölkə

Ali məktəblər üçün vahid məlumat bazasının yaradılması zəruridir - Avropa Komissiyası

13 Fevral 2020 20:04
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda akademik qurumlar və ali təhsil müəssisələri tərəfindən elmi infrastrukturun müştərək istifadəsi üçün vahid məlumat bazasının yaradılması zəruridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının nümayəndəsi, Sosial İnnovasiyalar Mərkəzinin layihə meneceri Martin Feliks Qajdusek Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti Ibrahim Quliyevlə görüşdə deyib.

Martin Feliks Qajdusek Avropa Komissiyasının Azərbaycan Təhsil Nazirliyi ilə həyata keçirdiyi birgə layihələr haqqında danışıb.
İbrahim Quliyev qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə respublikanın müxtəlif nazirlikləri, bəzi ali məktəbləri arasında bağlanan saziş və müqavilələrə əsasən müştərək laboratoriyalar fəaliyyət göstərir, birgə layihələr həyata keçirilir.

Görüşdə AMEA ilə ölkənin ali təhsil müəssisələrinin müştərək məlumat bazasının yaradılması üçün standartların müəyyənləşdirilməsi, elmi-tədqiqatların səmərəli təşkili məqsədilə avadanlıq və cihazların alınması və saxlanılması üzrə yanaşmaların müvafiq müəssisələr arasında müzakirəsi, bu sahənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün müxtəlif qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.