Ölkə

Bakıda bir gündə itkin düşən 3 nəfər tapıldı

8 Fevral 2020 09:59
0 Şərh     Baxış: 2 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 2 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.