Ölkə

“Məhsul” stadionu sökülür, yerində yenisi tikiləcək - FOTO

5 Fevral 2020 20:44
0 Şərh     Baxış: 1 742
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi (keçmiş "Məhsul" stadionu) sökülür.

Milli.Az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətindən apasport.az saytına verilən məlumata görə, uzun illərdir, əsaslı təmir aparılmaması və baxımsız qalması səbəbindən yararsız vəziyyətə düşən idman qurğusunun yerində yenisi inşa olunacaq. 

Arena gələcəkdə idman yarışlarını qəbul edə biləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən isə apasport.az saytına bildirilib ki, paytaxtda sökülən istənilən idman qurğusunun yerində yalnız analoji arena inşa oluna bilər. 

Qeyd edək ki, stadion bir müddət əvvəl təmirə dayanmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.