Ölkə

Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı

9 Yanvar 2020 10:35
0 Şərh     Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 8-də Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) yaradılıb.

Sənədə görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.