Ölkə

Səfər Mehdiyev: "500 mln. dollarlıq qaçaqmalçılığın qarşısı alınıb"

20 Dekabr 2019 11:48
0 Şərh     Baxış: 2 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gömrük xidmətində aparılan sağlamlaşdırmanın nəticəsi qaçaqmalçılığın qarsışı alınıb. Ümumilikdə 500 milyon dollar həcmində qaçaqmalçılıq faktı ilə aşkarlanmış mallar götürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda deyib.

O qeyd edib ki, bu malların əsas hissəsini narkotik vasitələr təşkil edib.

O bildirib ki, aparılan islahatların Dövlət Gömrük Komitəsi üzərinə düşən missiyanı həyata keçirməkdə israrlı olmasını və eyni zamanda buna qadir olduğumuzu sübut edir.

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.