Xaçmazın Qaradağlı kəndində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 126 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 65 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az