Ölkə

Azərbaycan əhalisinin gəlirləri 50 milyard manatı ötüb

18 Dekabr 2019 17:19
2 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4 faiz artaraq 50 milyard 845,1 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər bir nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 652,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.