ADA Universitetində daha bir ilk - Tələbələr nazirləri simulyasiya etdilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv 40-dan artıq ölkədə 7 ildir ki, həyata keçirilən "İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli "MOİC Club" ("İƏT Modeli Klubu") yaradılıb. Bu həftə isə yeni yaranmış "ADA Universiteti İƏT Modeli klubu"nun ilk təlimləri və simulyasiyası həyata keçirilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ADA Universitetində həyata keçirilən təlim və simulyasiyanın indiyədək Azərbaycanda keçirilən "İƏT Modeli" tədbirlərindən əsas fərqi onların tam olaraq ingilis dilində həyata keçirilməsi oldu.
"ADA Universiteti İƏT Model Klubu"nun xarici tələbələrin də iştirak etdiyi ilk təliminin mövzusu "İƏT məkanında humanitar böhranlar kontekstində Rohinya" problemi olub. Mövzu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Nəcibə Mustafayeva çıxış edərək, iştirakçılara münaqişənin tarixi aspektləri, regionda formalaşan hazırki vəziyyət, münaqişəyə münasibətdə region ölkələrinin mövqeləri və maraqları barədə məlumat verib.
Növbəti gün isə iştirakçılar İƏT-ə üzv ölkələri təmsil edən işçi qruplara bölünərək "İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın simulyasiyasını həyata keçirib, mövzu üzrə müzakirələr aparıb və müvafiq qətnamələr qəbul ediblər. İştirakçıların sözlərinə görə, beynəlxalq münasibətlər və diplomatiya üzrə praktiki təcrübə qazanmaq baxımından bu layihə tələbələr üçün əvəzsiz vasitədir.
Qeyd edək ki, bu ildən "İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" layihəsi çərçivəsində Azərbaycanın digər ali məktəblərində də daxili İƏT Modeli klublarının yaradılması nəzərdə tutulur.
Layihənin Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə bütün ali məktəbləri əhatə edəcək ümumrespublika mərhələsi isə yanvar ayından start götürəcəkdir.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
XƏBƏR LENTİ
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Dünya bazarlarında neft bahalaşdı
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Qazın qiyməti ucuzlaşdı
-
“Qarabağ” “Neftçi”yə, “Qəbələ” “Sabah”a qarşı
-
İstanbulda son 84 ilin ən güclü yağışı: Ölənlərin sayı artdı
-
Ronaldo Portuqaliyada mineral su zavodu tikdirir
-
Hörmüz boğazında batan gəmi ilə bağlı təhlükəli xəbərdarlıq
-
Trampdan diqqətçəkən açıqlama: “Bu, müharibə deyil”
-
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
-
Oktyabrın ortaları 3 bürc üçün yeni mərhələ başlayır





