Aqil Ələsgəri ATƏT-in tədbirinə kim göndərib? - AÇIQLAMA - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi, "Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgərin ATƏT-dəki rus dilindəki çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, Aqil Ələsgərin 2026-cı il martın 16-da Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan Ölçüsü Konfransında Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçisi statusunda bilmədiyi xarici dildə çıxış etməsi tənqidlərlə qarşılanıb.
Bu isə özülüyündə Aqil Ələsgərin Vyanaya - ATƏT tədbirinə hansı xətlə getməsi sualını yaradıb.
Məsələ ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva Milli.Az-a bildirib ki, Aqil Ələsgərin Vyana səfəri QHT Agentliyinin xətti ilə maliyyələşdirilməyib:
"Ümumiyyətlə, 2026-cı il üzrə açıqlanmış qrant müsabiqələrinin qalibləri arasında da "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin adı yoxdur. Aqil Ələsgərə də bu tədbirdə iştirakı üçün heç bir səfər qrantı verilməyib".
Agentlik rəsmisi xarici ölkələrdə, beynəlxalq təşkilatlarda ölkəni təmsil edən QHT təmsilçilərini də məsuliyyətli olmağa dəvət edib:
"Təəssüflər olsun ki, bir sıra QHT nümayəndələrinin tədbirlərə hazırlıqsızlığı ölkə imicinə ziyan vurur. QHT Agentliyi xaricdə keçirilən mühüm tədbirlərdə iştirakı üçün zəruri səfər xərclərini qarşıladığı QHT təmsilçilərinin yüksək intellekt, hazırlıq səviyyəsinə, xarici dildə sərbəst çıxış etmək imkanına malik olmasına xüsusi yanaşır".
Məsələ ilə bağlı "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi, "Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgər özü isə bildirib ki, o illərdir, öz şəxsi təşəbbüsü ilə beynəlxalq tədbirlərə qatılır və "haqq bildiyi mövqeni müdafiə edir":
"Bu dəfə də yenə öz şəxsi təşəbbüsümlə ATƏT-in toplantısına qatılmışam. İllərdir ki, ATƏT-in toplantılarına qatılıram, çıxış edirəm. Sadəcə olaraq, dünən moderator xanımın da dediyi kimi salon böyük, onunla aramızda məsafə olduqca uzun və içəridə mikrofonun səsi çox zəif olduğundan xanım moderatoru eşidə bilməmə kimi kiçik texniki qəza yaşadıq. Sinxron tərcümə avadanlığı, içəridə olan texniki nasazlıq bir birimizi eşitməyə problem yaşatdı. Bir daha təkrar edirəm, diqqətlə kadra baxın. Xanım moderator da, sonda açıqca bildirir ki, "o, bizi eşitmir".
Bunu eşitdikləri, gördükləri, hətta yazdıqları halda hücuma davam edənlərin məram və məqsədləri heç də qüsursuzluq arayışı deyil".
Mehman Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
XƏBƏR LENTİ
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)
-
Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq





