Ölkə

3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı

27 Oktyabr 2025 15:34
Baxış: 1 003
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vəzifədən azad edilən general İlqar Abbasovun Saleh Səmədovla əlaqəsi üzə çıxıb.

Milli.Az xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı yeni məlumat yayılıb.

Belə ki, 2022-ci ilin iyulunda bu vəzifəyə təyin olunan İlqar Abbasov bir il sonra, 2023-cü ildə İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilən sabiq sədri Saleh Səmədova medal təqdim edib. O, həmin görüş zamanı Səmədova qurumun yaradılmasının 30 illiyinə həsr olunmuş medal və müvafiq sənədi təqdim edib.

İlqar Abbasovla Saleh Səmədovun yaxın münasibətləri bununla bitmir. Məlumatlara görə, bir müddət öncə Səmədovun oğullarından biri də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində məsul vəzifəyə təyin olunub.

Qeyd edək ki, ötən həftə vəzifədən kənarlaşdırılan İlqar Abbasov bundan əvvəl Bakı şəhər prokuroru vəzifəsində çalışıb.

Xatırladaq ki, Saleh Səmədov bu il mayın 9-da - Faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbirdə "Georgi lenti" ilə çıxış etdiyinə görə Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Onun iki oğlu da müxtəlif dövlət qurumlarındakı vəzifələrindən azad edilib./Qafqazinfo

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.