Ölkə

Bu ödənişlər 10 dəfəyədək artırılır

30 May 2025 14:30
Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişləri 10 dəfəyədək artırılır.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İcra haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edəcək. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınacaq.Qüvvədə olan qanuna əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.

Qeyd edilib ki, praktika mövud məbləğlər borclunu icra sənədini vaxtında icra etməyə təşviq etmir. Sözügedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırılmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.