Dünya

"Dedim ki, gəl, yumruq vur, o, da vurdu” - Maskın gözünə nə olub? - FOTO

31 May 2025 19:34
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texnologiya nəhəngi İlon Mask yenidən gündəmə gəlib. Bu dəfə isə səbəb onun çıxışı yox, gözündəki qançır olub. 

Milli.Az xəbər verir ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentindəki (DOGE) vəzifəsindən ayrıldığı gün Oval kabinetdə keçirilən mətbuat konfransında Maskın sağ gözündəki şiş və göyərmə medianın əsas diqqətini çəkib.

Jurnalistlərin sualına cavab olaraq, 53 yaşlı milyarder hadisənin səbəbini zarafatla açıqlayıb: "Balaca X ilə əylənirdim. Dedim ki, gəl, üzümə yumruq vur. O, da vurdu." Oğlu ilə zarafatlaşdığını deyən Mask vəziyyətin ciddi olmadığını gülümsəyərək bildirib.

Mətbuat konfransında ABŞ prezidenti Donald Tramp da iştirak edib. O, Maskın açıqlamasına gülərək belə cavab verib: "Əgər X-i tanısaydınız, bunu edə biləcəyini bilərdiniz" .

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.