Dövlətə borcunu tam ödəməyən “Kontakt Home” kredit təşkilatının sərmayəsini daha 8 milyon artırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkətinə məxsus "Nova Credit" BOKT-nin nizamnamə kapitalı kəskin artırılıb.
Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 1-də Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində "Nova Credit" BOKT MMC-də qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib və kredit təşkilatının vəzifəli şəxsi 4 min manat cərimələnib.
Qeyd edək ki, "Nova Credit" BOKT-nin sahibi "ABC-Telecom" şirkətidir. Bu kredit təşkilatı 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi "ABC-Telecom"un icraçı direktoru İsrafilzadə Həsən Fazil oğludur.
"ABC-Telecom" isə ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.
Sonradan şirkət bu borcun miqdarını həmin ilin noyabrında 6,7 milyon manata, dekabrında isə 5,9 milyon manata, cari ilin əvvəlində isə 5,6 milyon manata endirə bilib. "ABC-Telecom" şirkətinin hazırda bu borcunun miqdarı 2,97 milyon manat təşkil edib.
Beləliklə, "ABC-Telecom" ötən ilin oktyabrın 27-dən bu günə kimi dövlətə 4,7 milyon manat borc ödəməyə məcbur edilib ki, bu da ümumi borcun təxminən 61%-i deməkdir.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin noyabr ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə "ABC-Telecom"a icrası məcburi göstərişlər verilib. Xatırladaq ki, "ABC-Telecom" 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və "Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
XƏBƏR LENTİ
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib





