Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.
Milli.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə dünən saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Bakıda musiqiçi faciəli şəkildə öldü
1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
B.Əzimov saz ifaçısı kimi tanınırdı.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az





