Bakıda saz ifaçısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO

21 Yanvar 2026 11:05

Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.

Milli.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə dünən saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Bakıda musiqiçi faciəli şəkildə öldü

1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.

B.Əzimov saz ifaçısı kimi tanınırdı.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az