Siyasət

"Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"

31 May 2025 16:54
Baxış: 543

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 397 nəfər ya həlak olub, ya da yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, Azərbaycanda iki gün dalbadal baş verən mina partlayışları dinc sakinlərə dəyib.

"Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və əhalinin öz evlərinə qayıtmasına mane olur", - məlumatda qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.