Ölkə

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Babayev kimdir?

3 Mart 2025 16:53
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Milli.Az-ın məlumatına görə, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan 1988-ci il təvəllüdlü Şahin Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin 2010-cu il məzunudur.

O, 2011-ci ildən Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyən Şahin Babayev 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən gənc məmur Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.