Siyasət

Harutyunyandan etiraf: “Qarabağ Müdafiə Ordusu”nun “komandan”ı Ermənistanın Baş Qərargah rəisinə tabe idi

3 Mart 2025 21:30
Baxış: 385

Xəbər verdiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə iclasında Arayik Harutyunyan sərbəst ifadə verib.

A.Harutunyan etiraf edib ki, "Qarabağ Müdafiə Ordusu"nun "komandanı" Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi.

"Mən "hərbi komandanı" vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.

Onilliklərlə "Qarabağ ordusu" ayrıca ordu kimi fəaliyyət göstərməyib. "Qarabağ ordusu"nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı", - deyə o bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.