Şou-biznes

Eleonora Corci öldü - FOTO

3 Mart 2025 23:49
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur italyan aktrisa Eleonora Corci ağır xəstəlikdən sonra 71 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisalıq karyerası təxminən yarım əsr davam edən E.Corcinin ilk rollarından biri Federiko Fellininin "Roma" (1972) filmində olub, lakin onun adı titrlərdə belə yer almayıb. Buna baxmayaraq, o, daha çox Karlo Verdonenin komediya filmlərindəki rolları ilə məşhurlaşıb, həmçinin Damiamo Damiani, Liliana Kavani, eləcə də italyan komediya ustaları Franko Kastellano və Cüzeppe Moççinin filmlərində çəkilib.

Corci məşhur italyan komediya aktyorları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə baş rollarda çəkilib.

Qeyd edək ki, 1980-ci illərdə Corci tez-tez Ornella Mutinin rəqibi adlandırılırdı. Məhz o, 2003-cü ildə rejissorluq debütü olan "Kişilər və qadınlar, sevgi və yalanlar" (Uomini & donne, amori & bugie) filmində Ornella Mutini baş rolda çəkib.

Aktrisa 2023-cü ilin noyabrında bir televiziya şousunda onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.