Ermənistan

Paşinyan: Koçaryan və Sarkisyan artıq rəqib deyillər

3 Dekabr 2025 19:21
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə danışmağı dayandırmağın vacibliyi bildirib.

Milli.Az xəbər verir ki, Paşinyan bu fikri parlamentdə hökumət saatı zamanı "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Narek Babayanın sualına cavab verərkən deyib.

"Əslində mən hesab edirəm ki, keçmiş hakimiyyətlər barədə danışmağı dayandırmaq lazımdır, çünki danışmağa heç nə qalmayıb. Biz hələ nələri deməmişik? Bizim yayımladığımız Qarabağ məsələsinə dair paket göstərir ki, ümumiyyətlə danışmağa heç nə yoxdur", - o, qeyd edib.

Paşinyanın sözlərin görə, lakin hakimiyyət mütəmadi təxribatlara məruz qalır.

"Biz gəlirik və saatlarla danışırıq: Robert Koçaryan, Serj Sarkisyan... Əgər 2021-ci ildə seçkilər olsaydı, məhz parlament müxalifəti hakimiyyətin dəyişməsi gündəmi ilə çıxış edərdi və müəyyən mənada hələ də siyasi rəqib sayıla bilərdi. Məncə, onlar artıq rəqib deyillər, çoxdan rəqib deyillər", - Paşinyan əlavə edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.