Şou-biznes

Flora Kərimovadan Eltona cavab: Tör-töküntülərimlə sənətkar olub...

3 Dekabr 2025 20:38
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elton Hüseynəliyev verilişlərin birində gündəm yaradacaq fikir səsləndirib.

Milli.Az xəbər verir ki, Xalq artisti Flora Kərimovanı misal çəkən Əməkdar artist bildirib ki, onun 500 ifasından yalnız 100-ü "yağ-bal"dır. Yerdə qalan 400 ifası isə təkrar ifalardır.

Xalq artisti Flora Kərimova isə öz sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

F.Kərimova bildirib kii, düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır:

"Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki, edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim Elton o "100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz" oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar! Elton, "elə demək istəməmişdim" deyəcəksiniz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiniz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə oğlum deyib qucaqlayacağam. Lakin, bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz. Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər, biləcəksinizki ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Sizdə də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı da başa düşəcəksiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.