Kriminal

Azərbaycanda viza düzətmək adı ilə dələduzluq etdilər - VİDEO

3 Mart 2025 23:32
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaricə getmək istəyirdi, arzusu ürəyində qaldı. Hələ üstəlik 6 min manatından da oldu.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxt sakini Nigar Rüfət visa almaq adıyla dələduzun qurbanı olduğunu iddia edir. O deyir ki, instagramda visa dəstəyi kimi fəaliyyət göstərən bir səhifə ona Londona viza verəcəyini bildirərək, külli miqdarda pulunu mənimsəyib. Belə ki, birinci səfər ona vizanı almaqda həqiqətən də köməklik göstərib.

Şikayətçi bildirir ki, digər bloggerlərin də reklamına etibar edərək, həm rəfiqəsinin, həm özünün sənədlərini və ödənişi göndərib. Bu gün sabah deyə deyə, 2 həftə vaxt keçib. Sonra isə sənədi geri almaq üçün nömrələri yığanda telefona zəng çatmadığını görüb.

Şikayətçinin haqqında danışdığı adamın şəxsi telefonuyla, həmçinin instaagram səhifəsində qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq, ancaq heç birinə zəng çatmadı. Nigar Rüfət məsələ ilə bağlı şikayət ərizəsi yazdığını, polisə təqdim edəcəyini bildirdi.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.