Siyasət

Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir

3 Mart 2025 22:03
Baxış: 574

Siyasi hərbi vertikal "Qarabağ müdafiə ordusu"nun "qərargah rəisi"ndən başlayırdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Harutyunyan deyib.

O bildirib ki, istintaqın kimin hansı səlahiyyətləri olduğundan xəbəri var: "Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən endirilir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.