Dünya

Rəsmi Vaşinqtondan Zelenskiyə ŞƏRT

3 Mart 2025 21:07
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukrayna Prezidenti Volodimir Zelenski mövqeyini dəyişərsə, təbii ehtiyatlarla bağlı ABŞ-Ukrayna danışıqları bərpa olunacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "Fox News" telekanalına verdiyi müsahibəsində bildirib.

"Biz Zelenskidən eşitməliyik ki, o, baş verənlərdən peşmandır, faydalı qazıntılar üzrə sövdələşməni imzalamağa və sülh danışıqlarında iştirak etməyə hazırdır", - Uolts bildirib.

O qeyd edib ki, Zelenski ABŞ ilə münaqişəyə səbəb olmaqla, nadir torpaq metalları üzrə artıq razılaşdırılmış sazişə yenidən baxmağa çalışıb. Ağ Evin müşavirinin sözlərinə görə, mövqeyə yenidən nəzər salmaq çağırışı elə də böyük bir xahiş deyil. Uolts həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna resursları ilə bağlı saziş üzrə müzakirələrin bərpasına hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.