Yaponiyalı hakim Yuci İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.
Milli.Az xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.
İvasava yanvarın 14-də Livanın Baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın vəzifəsindən ayrılmasından sonra həmkarları tərəfindən bu vəzifəyə seçilib.
Qeyd edək ki, Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Yeni sədr İvasava da məhz bu tarixə qədər sədr vəzifəsini icra edəcək.
İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. Daha əvvəl o, Tokio Universitetində beynəlxalq hüquq üzrə professor vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.
Milli.Az