ABŞ-nin keçmiş Maliyyə naziri Janet Yellen ölkənin tənəzzül riski ilə üzləşdiyini bildirib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Yellen Donald Trampın tətbiq etdiyi geniş miqyaslı gömrük rüsumlarının ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyini və bu siyasətin ölkəni tənəzzülə sürükləyə biləcəyini vurğulayıb.
O, xüsusilə Çinlə ticarətə təsir edən rüsumların təmiz enerji sektorunda fəaliyyət göstərən şirkətləri çətin vəziyyətə salacağını qeyd edib.
Yellen riskin artdığını bildirib. Onun sözlərinə görə Trumpın 145%-lik rüsumları, ABŞ-ın idxal etdiyi malların 40%-ni təşkil edən vacib xammalların qiymətini artıraraq tədarük zəncirlərini poza bilər.
Bu açıqlamalar ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı narahatlıqları gücləndirib. Bəzi iqtisadçılar bu siyasətlərin iqtisadiyyata mənfi təsir göstərəcəyini, digər tərəfdən isə bəzi Respublikaçı senatorlar, bu addımların ABŞ istehsalını gücləndirəcəyini müdafiə edirlər.
İslam
Milli.Az