Sağlamlıq

İmtahandan əvvəl bu meyvəni yeyin - Zehniniz açılacaq

1 May 2025 22:00
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zehni performansınızı artırmaq istəyirsinizsə, qəlyanaltınıza bu qidanı əlavə etməyiniz tövsiyə olunur.

Milli.Az xəbər verir ki, "Food & Function" jurnalında yayımlanan yeni araşdırmaya görə, hər gün 50 qram qoz yemək beyin funksiyalarını yaxşılaşdırmağa kömək edə bilər.

Araşdırma, İngiltərənin Reading Universiteti tərəfindən həyata keçirilib və 18-30 yaş arasındakı 32 sağlam gənc üzərində aparılıb.

Təcrübə iştirakçıları qozla zənginləşdirilmiş qəlyanaltı ilə və eyni kalori tərkibli başqa bir qəlyanaltı istehlak etdikdən sonra müxtəlif testlər ediblər. Elmi mütəxəssislər qozlu qəlyanaltıdan sonra iştirakçıların yaddaş testlərində daha yaxşı nəticələr göstərdiklərini və daha sürətli reaksiya verdiklərini müşahidə ediblər.

Mütəxəssislər, qozun tərkibindəki omega-3 yağ turşuları (xüsusən alfa-linolenik turşusu), protein və polifenolların bu müsbət təsiri yaratdığını düşünürlər. Bu qida maddələri birlikdə işləyərək zehni funksiyaları artırır, diqqəti və yaddaşı dəstəkləyir.

Araşdırmanın baş müəllifi, professor Claire Williams bu barədə belə bildirib: "Bu araşdırma, qozun beyin üçün faydalı qida olduğu fikrini möhkəmləndirir. Qəlyanaltıya əlavə edilən bir ovuc qoz, xüsusilə gənc yetişkinlərin gün ərzində zehni olaraq daha yüksək performans göstərmələrinə kömək edə bilər."

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.