Dünya

Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi

1 May 2025 19:14
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə sanksiya tətbiq edib.

Milli.Az xəbər verir ki, müvafiq fərman ölkə başçısının saytında dərc edilib.

Sənəddə onun bütün dövlət mükafatlarından məhrum edildiyi, aktivlərinin dondurulması, ticarət əməliyyatları aparmasının qadağan edilməsi qeyd olunur. Arestoviç 2023-cü ilin yanvarında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin səriştəsiz fəaliyyəti nəticəsində Dneprdə çoxmərtəbəli binanın uçması barədə bəyanatından sonra Ukrayna prezident aparatının müşaviri vəzifəsindən istefa verib. O vaxtdan bəri o, dəfələrlə ölkə rəhbərliyini tənqid edib. Həmçinin, 2025-ci ilin martında Arestoviç Ukraynanın gələcəyi üçün Zelenskini vəzifədən uzaqlaşdırmağı məsləhət görüb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.