Texnologiya

"Skype" bu tarixdə bağlanacaq

1 May 2025 23:37
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Skype" platforması mayın 5-də bağlanacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Microsoft"un texniki dəstək saytındakı məlumatda vurğulanıb.

"Siz mayın 5-dək "Skype"dan istifadəyə davam edə bilərsiniz", - şirkətdən bildirilib.

Şirkət istifadəçi hesablarının "Microsoft Teams" xidmətinə veriləcəyini dəqiqləşdirib.

Xatırladaq ki, "Skype" 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft" həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype"a bənzər "Teams" platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.