Dünya

"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

3 Oktyabr 2026 18:33
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat verib.

"Şübhəli insidenti araşdıran orqanlarla "əməkdaşlıq edir" və təyyarəni İsraildə yerə çırpmaq niyyətində olduğunu bildirib", - deyə məlumatda qeyd edilib.

"ABC News" iddia edir ki, pilotun şəxsiyyəti müəyyən edilib. Telekanalın mənbələri bildirirlər ki, bu, Suriya-Oman əsilli Oman vətəndaşı, 29 yaşlı Hamam əl-Hammamidir.

Xatırladaq ki, sentyabrın 3-da Dubaydan Təl-Əvivə uçan təyyarənin ikinci pilotu göyərtənin komandirinə standart "qəza baltası" ilə hücum edib və təyyarənin idarəetməsini öz əlinə almağa çalışıb. Təyyarə yarım dəqiqə ərzində 4.5 kilometr hündürlük itirib, lakin fəlakətin qarşısını almaq mümkün olub.

BƏƏ-nin baş prokuroru Hamad Seyf əl-Şəmsinin bəyanatına görə, "Flydubai"nin göyərtəsində terror aktına cəhd olub.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "FlyDubai" reysi fövqəladə vəziyyət siqnalı verib, daha sonra təyyarənin qaçırılması barədə məlumat vermək üçün istifadə edilən kod ötürüb. İlkin məlumatlara görə, ikinci pilot təyyarənin komandirini bıçaqlayıb və təyyarəni yerə çırpmağa cəhd edib. Xəsarət alan Hindistan vətəndaşı olub. Reysin sərnişinləri hücumçunu zərərsizləşdirməyə müvəffəq olublar. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təcili eniş edib və həmin axşam xilasetmə təyyarəsi sərnişinləri Təl-Əvivə aparıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.