Şou-biznes

"Bir ovuc nömrə almışdım, birini bloklayırdı, digərini taxırdım"

3 Mart 2025 23:21
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə "7 Tamam" verilişində qonaq olub.

Milli.Az xəbər verir ki, proqramda Aysel aparıcının "Hüseynin ilk etirafı nə zaman oldu və necə inandınız" sualına "Əslində Hüseyn çox əziyyət çəkdi. Uzun bir yol qət etdi" cavabını verib.

Hüseyn isə "Əslində hələ də inanmır. Hər şey birdən oldu. Bilirsiniz nə qədər nömrə almışdım? Bir nömrəmi bloklayırdı, digərini taxırdım. Bir ovuc nömrəm var idi. Qərar isə birdən oldu. Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi. Bəzən insan çox düşünür, vaxt gedir və bir də görürsən ki, heç nə alınmadı. Bizdə demək olar ki, vaxt da getmədi. Birdən qərar verdim, mart ayında etiraf etdim və sentyabrda ailə qurduq".

Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu nikahdan bir oğul övladı var. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.