Ölkə

Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər

1 Fevral 2025 18:41
Baxış: 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs ediliblər.

Milli.Az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.