Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.
Maraqlıdır, ilk hansı universitetlər köçürülə bilər? Bu proses üçün hansı ərazilər uyğundur?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhərətrafına köçürülməsi ilə bağlı qərar nəqliyyat sıxlığının azaldılması və şəhər infrastrukturunun optimallaşdırılması baxımından mühüm addım ola bilər:
"Hazırda şəhər daxilində fəaliyyət göstərən universitetlərin böyük bir hissəsi əsas yolların, mərkəzi prospektlərin və sıx nəqliyyat axınının olduğu bölgələrdə yerləşir ki, bu da həm tələbələrin hərəkətini çətinləşdirir, həm də ümumi yol-nəqliyyat sisteminə əlavə yük yaradır".
Onun sözlərinə görə, ilk mərhələdə 5 universitet köçürülə bilər:
"Bunlar arasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil müəssisələri əsas namizədlər hesab oluna bilər. Bu universitetlər şəhərin mərkəzində və əsas magistral yolların üzərində yerləşir. BDU və AzTU Yasamal rayonunda, ADU və AzMİU Nəsimi rayonunda, ADNSU isə Nərimanov rayonunda yerləşərək şəhərin mərkəzi hissəsində tələbə axınına səbəb olur. Bu universitetlərin köçürülməsi şəhərin nəqliyyat yüklənməsini əhəmiyyətli dərəcədə azalda bilər".
Ekspert qeyd edib ki, şəhərətrafı dedikdə, universitetlərin köçürülməsi üçün bir neçə uyğun ərazi nəzərdən keçirilə bilər:
"Məsələn, Xırdalan, Sumqayıt, Masazır, Hövsan, Qaradağ və Pirallahı rayonları yeni universitet şəhərciklərinin yaradılması üçün uyğun ola bilər. Xırdalan və Masazır Bakı şəhərinə yaxın olduğuna görə, tələbələr üçün məqbul bir variant ola bilər. Sumqayıt isə artıq sənaye və texniki ixtisaslar üzrə bir neçə universitet və ali təhsil mərkəzinə ev sahibliyi edir, ona görə də burada yeni təhsil kampuslarının yaradılması mümkündür.
Hövsan və Qaradağ isə şəhər nəqliyyatına az təsir edən və geniş torpaq sahələrinə malik ərazilərdir. Əgər bu bölgələrdə yeni universitet şəhərcikləri tikilərsə, həm tələbələrin rahatlığı, həm də nəqliyyat axınının bölüşdürülməsi baxımından daha əlverişli nəticələr əldə edilə bilər. Digər tərəfdən, Pirallahı adası da inkişaf etdirilə biləcək potensial ərazilərdən biridir. Hazırda burada genişmiqyaslı şəhərsalma layihələri həyata keçirilir və universitetlər üçün yeni kampusların yaradılması nəzərdən keçirilə bilər".
K.Əsədov bildirib ki, dünya təcrübəsinə baxsaq, bir çox ölkələrdə universitetlərin şəhərdən kənara köçürülməsi praktikası geniş yayılıb:
"Məsələn, Türkiyədə ODTÜ (Orta Doğu Texniki Universiteti) və Bilkent Universiteti Ankara şəhərindən kənarda geniş kampuslara malikdir. Almaniya, Fransa və ABŞ kimi ölkələrdə də universitetlər əsasən şəhər ətrafında yerləşir və tələbələrə geniş kampus şəraiti təqdim edilir. Bu model Azərbaycanın da tətbiq edə biləcəyi bir yanaşmadır.
Universitetlərin şəhərətrafına köçürülməsi həm də ekoloji baxımdan müsbət təsir edə bilər. Şəxsi nəqliyyat vasitələrinin istifadəsinin azalması, ictimai nəqliyyat marşrutlarının düzgün təşkil edilməsi və tələbələrin bir məkanda cəmləşməsi Bakı şəhərinin hava keyfiyyətinə və ekoloji tarazlığına müsbət təsir göstərə bilər. Ancaq bu proses mərhələli şəkildə həyata keçirilməlidir və tələbələrin yeni yerlərə uyğunlaşması üçün keçid dövrü nəzərdə tutulmalıdır".
O vurğulayıb ki, bu prosesin uğurla həyata keçirilməsi üçün yalnız infrastruktur deyil, həm də nəqliyyat sisteminin inkişafı vacibdir:
"Universitetlər şəhərdən kənara köçürüldükdə, metro xətləri, avtobus marşrutları və digər ictimai nəqliyyat sistemləri təkmilləşdirilməlidir ki, tələbələr rahat və əlçatan bir formada təhsil müəssisələrinə gedib-gələ bilsinlər. Əks halda, bu köçürülmə nəqliyyat problemini həll etmək əvəzinə, tələbələr və müəllimlər üçün əlavə çətinliklər yarada bilər.
Bu qərarın həyata keçirilməsi üçün bir neçə əsas faktor nəzərə alınmalıdır. Belə ki, yeni kampusların tikintisi və tələbələrin yaşayış şəraitinin təmin edilməsi üçün geniş torpaq sahələri və lazımi infrastruktur yaradılmalıdır. Yeni universitetlərin yerləşəcəyi ərazilərə metro, avtobus və digər nəqliyyat xətləri çəkilməlidir. Yeni yerlərdə tələbələrin yaşayış şəraiti, yataqxanalar və digər sosial obyektlər təmin edilməlidir. Universitetlərin mərkəzdən köçürülməsi ətraf bizneslərə təsir edəcək, ona görə də bu sahədə də keçid planı hazırlanmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
XƏBƏR LENTİ
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)





