Ölkə

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

5 Dekabr 2024 16:52
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər sakini olan 4 nəfəri aldadan şəxsin müxtəlif vaxtlarda 235, 100, 65 və 55 manat olmaqla onların ümumilikdə 455 manatını hesabına ödətdirərək ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.