Ölkə

COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirildi - FOTO

12 Noyabr 2024 17:15
Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!" adlı aksiya keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aksiyada Fransanın müstəmləkəsində olan ada ölkələrin fəalları iştirak ediblər. Onlar bu aksiya ilə Fransaya mesaj göndərdiklərini bildiriblər. Qeyd edilib ki, Qvineya Cənubi Amerikada müstəmləkə altında olan yeganə ərazidir. Aksiya iştirakçıları ölkələrin 2024-cü ildə Fransanın müstəmləkəsində olmasına etirazlarını bildiriblər. Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıblar. Fransanın müstəmləkəçiliyi olan yerlərin BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına salınması tələb edilib. Həmçinin müstəmləkə altındakı ərazilər üçün iqlim dəyişikliyi sahəsində ədalət tələb olunub.

Aksiya iştirakçıları "Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son", "Gecikən ədalət, inkar edilən ədalətdir", "Təhsili, fikirləri müstəmləkədən azad edək!", "Müstəmləkəçiliyə yox deyək!" kimi şüarlarla keçirilən dinc aksiyada etirazlarını ifadə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.