Ölkə

Böyük Britaniya COP29-da iqlim maliyyəsi gündəliyini dəstəkləməyə hazırdır - Səfir - VİDEO

10 Noyabr 2024 15:48
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Bakıda keçiriləcək COP29-da iqlim maliyyəsi gündəliyini dəstəkləməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə ölkənin Azərbaycandakı səfiri Ferqus Auld bildirib.

"Son 11 ay ərzində biz bu tədbirə hazırlaşırdıq. Yaxın iki həftə ərzində dünyanın diqqəti Bakıya yönələcək. Böyük Britaniya hökuməti istixana qazları emissiyalarının azaldılması və "yaşıl" iş yerlərinin yaradılmasına kömək etmək üçün COP29-da iştirak edəcək. Geri sayım bitdi. Hərəkət etmək vaxtıdır", - deyə o videomüraciətində bildirib.

Qeyd edək ki, sabah Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayır. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.