İrəvan ŞOKDA: Ermənistan dəymiş ziyana görə Azərbaycana torpaq verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə əlaqədar Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. Növbəti mərhələdə isə 2 ölkə arasında ən mürəkkəb məsələlərdən biri olan anklav kəndlərin taleyi həll olunacaq.
Hazırda Ermənistan içərisində Azərbaycana məxsus 4, Azərbaycan sərhədləri daxilində isə Ermənistanın 1 anklav kəndi mövcuddur. Ermənistan Azərbaycana məxsus anklavları qaytarsa, rəsmi İrəvan Başkəndi tələb edə bilər.
Bəs Gədəbəy rayonu ərazisində olan Ermənistan anklavının aqibəti necə olacaq?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın bir hissəsi qarşılığında Başkənd Bakının yurisdiksiyasında qalmalıdır:
"Bu tip məsələlərdə çox müxtəlif ehtimallar və variantlar irəli sürmək olar. Amma əsas məsələ ondan ibarətdir ki, Azərbaycan rəsmi qurumları və bu prosesi aparan nümayəndələr hansı mövqedə olacaq. Düşünürəm ki, Başkənd məsələsinin ən optimal yollarından biri, Ermənistanın Qarabağdakı işğalı dövründə Azərbaycana vurduğu milyardlarla dollar zərəri və o cümlədən mənəvi zərərin cüzi bir qarşılığı olaraq, Başkəndin Ermənistandan tələb olunmasıdır. Hətta Ermənistan mətbuatında da bu barədə tez-tez fikirlər səsləndirilir".
Politoloq sovet dövründə Başkəndin Ermənistana mübahisəli formada verildiyini də diqqətə çatdırıb:
"Onsuz da, gec-tez ölkəmizə vurulmuş ziyanın kompensasiyası ödənilməlidir. Bunun cüzi bir hissəsinin qarşılığında Başkənd məhz Azərbaycanın yurisdiksiyasında saxlanmalıdır. Digər tərəfdən Başkəndin özünün Ermənistana verilməsi məsələsi də bir daha araşdırılmalıdır. SSRİ dövründə Azərbaycanın razılığı olmadan Kommunist Partiyasının qərarı ilə həyata keçirilən inzibati dəyişiklik prosesi yenidən müzakirə edilməlidir. Bu baxımdan Ermənistan üçün də ən optimal variantlardan biri də məhz elə kompensasiyanın bir hissəsi müqabilində Başkənddən əl çəkməkdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
XƏBƏR LENTİ
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq





