Qüdrət İsmayılzadə vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə vəfat edib.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən bildirilib.
Qüdrət İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1952-ci ildə 208 saylı orta məktəbi bitirib.
1952-1957-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1960-1963-cü illərdə AMEA-nın aspirantı olub. "Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair" adlı namizədlik dissertasiyası müdafiə edib. O, 1964-cü ildə Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarda iştirak,
1964-1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik edib. 1983-cü ildə "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, 1958-1977-ci illərdə AMEA-nın Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunun əməkdaşı olub. 1977-ci ildən BDU-nun Ümumi tarix, Qədim dünya və orta əsrlər tarixi, Arxeologiya və etnoqrafiya kafedralarında çalışıb. Troya, Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak edib. Son illərdə BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının məsləhətçi professoru kimi çalışıb.
Qüdrət İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Tanınmış alim Beynəlxalq Arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan Prezidenti yanında Şərqin mədəni irsinin öyrənilməsi üzrə Elmi Şuranın və Rusiya Arxeoloqlar Cəmiyyətinin Azərbaycan bürosunun üzvü idi.
O, 200-dən artıq elmi məqalə və monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifi olub.
2 elmlər doktoru və 7 elmlər namizədi yetişdirib.
Allah rəhmət eləsin.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”
-
Adi routerlər hərəkətlərinizi izləyə bilər
-
Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ
-
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
-
İlk dəfə oğlunun üzünü GÖSTƏRDİ - FOTOlar
-
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
-
“25 il işlədim, artıq BƏSDİR”
-
7-ci əməliyyatından sonra xəstəxanadan FOTOsunu yaydı
-
Yer kürəsinin fırlanması rekord dərəcədə yavaşladı
-
"Yəqin Fatimə əsas üzünü evdə qoyub obrazla gelib o EFİRƏ"
-
Yağış və QAR yağacaq, dolu düşəcək, SEL KEÇƏCƏK
-
Çempion "Sabah" hücumçusunu GÖNDƏRDİ - FOTO
-
Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib





