Ölkə

Bakı qəbirstanlığında dəhşətli mənzərə - Xəstəlik riski də var - VİDEO

4 Yanvar 2024 23:54
Baxış: 2 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbirlər daşlarının bəzilərini yağış yuyaraq aparıb, bəzilərinin isə üstü açılıb.

Milli.Az xəbər verir ki, baş daşları rəqəmlərdən ibarət olan bu yer paytaxtın Suraxanı rayonunda yerləşən "kimsəsizlər qəbiristanlığı"dır.

Bəlkə də çox az insanın tanıdığı bu məzarlıq diqqətdən kənarda qalıb.

Qəbiristanlığın nəzarətçisi bildirib ki, burada əsasən kimsəsi olmayan məhkumlar, qocalar evi sakinləri, psixatriya xəstəxanasında dünyasını dəyişənlər və tüfeyli həyat tərzi sürənlər dəfn olunur. Bu səbəbdən də qəbirlərin sahmana salınması da nəzarətçilərin üzərinə düşür. Məzarlarının deşilməsi, eləcə də üzərlərinin açılması isə yağış və müəyyən heyvanların səbəbindəndir.

Uğur İslamov bu qəbirlərdən xəstəlik yayıla biləcəyi iddialarına da aydınlıq gətirib.

Milli.Az Xezerxeber.az-a istinadla ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.