Ölkə

Məleykə Abbaszadə Qarabağ Universitetinə qəbul imtahanlarından danışdı - VİDEO

8 Dekabr 2023 11:42
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Qarabağ hər zaman elm və təhsil ocağı olub. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq''.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məlyekə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşması üçün vacib önəmli faktordur.

O, universitetə keçiriləcək qəbul imtahanlarından da danışıb.

Məleykə Abbaszadə işğaldan azad olunmuş digər ərazilərdə baş tutacaq buraxılış imtahanlarına da diqqət çəkib.

Sədr buraxılış imtahanlarının tarixi ilə bağlı məsələyə də toxunub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib. Məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına yardım göstərməkdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.