Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarşıdan Yeni il bayramı gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı "ənənəvi" xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bayramlar ərəfəsində qiymətlərin qalxması hər birimizdə təəssüf doğurur, ancaq bunun da müəyyən səbəbləri var.
"Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan daha çox istifadə edilməsidir. Bu da bazarda müəyyən qədər qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən, burada müəyyən sahibkarların da rolu var. Onlar süni şəkildə qiymətləri artırmaq istəyirlər.
Əslində, bayram vaxtı qiymətlər aşağı düşməlidir. Hesab edirəm ki, bu işbazlar müəyyən insafa gəlməlidir", - deyə komitə sədri bildirib.
O qeyd edib ki, dövlət bazarda qiymətlərin süni qaydada artmasının qarşısını alır və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir.
"Ancaq bu gün bazar iqtisadiyyatıdır, heç kimi istehsal etdiyi məhsulu aşağı qiymətə satmağa məcbur etmək mümkün olmur. İnsanların özlərində müəyyən qaydada bayramlara münasibət formalaşmalıdır, insanların tələbatının ödənilməsinə qayğı olmalıdır.
Ancaq son müşahidələr deməyə əsas verir ki, bazarda müəyyən ərzaq məhsullarının qiyməti aşağı düşüb. Misal üçün, müxtəlif növ yağ məhsullarının qiyməti enib. Un məmulatlarının qiymətlərinin azalması da müşahidə olunur. Xaricdən idxal olunan məhsulların çoxluğu və ölkədə məhsul istehsalının artması əsas verir ki, bayramda qiymətlər bir o qədər yüksəlməsin", - deyə T.Rzayev əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
XƏBƏR LENTİ
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib





