İqtisadiyyat

Azərbaycanın büdcə gəliri ARTIB

12 Sentyabr 2023 13:06
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 milyard 245 milyon ABŞ dolları təşkil edib.

Milli.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 5 milyard 154,6 milyon ABŞ dollarlıq profisit (əvvəlki illə müqayisədə 2 dəfə və ya 50,1 % az), kapital hesabındakı 6,8 milyon ABŞ dollarlıq kəsir (68 dəfə çox), maliyyə hesabındakı 508,6 milyon ABŞ dollarlıq profisit (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 411,4 milyon ABŞ dollarlıq kəsir (3,1 % çox) hesabına formalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.