Ölkə

Bakıda kirayə ev bazarında MƏNZİL TAPILMIR... - VİDEO

10 Sentyabr 2023 16:31
Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kirayə mənzil bazarında qıtlıq pik həddə çatıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ülvü Əliyevin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, əşyalı və əşyasız evlərin arasında indi ciddi qiymət fərqi yoxdur. Onun sözlərinə görə, bir neçə il əvvələ qədər kirayəyə verilən əşyalı və əşyasız mənzillər arasında azı 40 faiz fərq olurdu. İndi isə bu fərq minimuma enib.

Reiltor Nicat Qəhrəmanzadə isə deyir ki, əşyasız evləri daha çox uzunmüddətli dövr üçün qalacaq şəxslər kirayələyir.

Ekspertlər vurğulayıblar ki, bu gün faktiki olaraq paytaxtda kirayə mənzil tapmaq müşkül məsələdir. Bunun əsas səbəbi köhnə tikililərin sökülməsi və yeni dərs ili ərəfəsində tələbələrin kütləvi şəkildə paytaxta axın etməsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.