Ölkə

Bakıda keçirilən magistr imtahanına cadu ilə gəldi

12 İyun 2023 12:07
Baxış: 2 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən magistraturaya qəbul imtahanına qatılan tələbələrdən birinin üzərindən cadu aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Feysbuk hesabında məlumat verib.

"Dördkünc qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla plyus formasında sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadunu 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib. İmtahanlarda yüksək bal toplamaq üçün yaxşı oxumaq, öyrənmək lazımdır. Caduyla imtahandan keçmək olsaydı, heç kim hazırlıqlara pul tökməzdi", - paylaşımda qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.