Ölkə

Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər - FOTO

3 Aprel 2023 12:32
Baxış: 3 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fərhad İbrahimli idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

***

Sürücü İbrahimli Fərhad Vüqar oğlu da hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.