Ölkə

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

2 Aprel 2023 14:42
Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, itkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara.

Əfsanə İsmayılova barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.