Ölkə

DYP sürücülərə müraciət etdi: Yollarda görünüş məsafəsi məhdudlaşıb

11 Mart 2023 09:09
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş DYP İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Milli.Az-a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.