Ölkə

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb

30 Dekabr 2022 10:07
Baxış: 1 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb.

Milli.Az bildirir ki, hadisə dekabrın 29-u, saat 03 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1805 manat pulu götürüb uzaqlaşıb.

S.Yahyayev hadisədən sonra Kliniki Tibbi Mərkəzə müraciət edib, ambulator müalicə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.