Ölkə

Abşeronda adam oğurlayan dəstə üzvləri tutulub - VİDEO

17 Oktyabr 2022 14:47
Baxış: 2 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, həmin şəxslər daha sonra zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər.

Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlanılıb. Tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar. Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib. Araşdırmalarla bu şəxslərin Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.