Ölkə

Sumqayıtda bu binanın aşağı mərtəbələri narkomanların məskəninə çevrilib - VİDEO

3 Oktyabr 2022 01:02
Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda yerləşən texniki peşə məktəbinin əvvəlki inzibati binasının aşağı mərtəbələri baxımsız vəziyyətdə qalıb. Ərazidə narkomanların qaldığı iddia olunur. Əməkdaşımız həmin binadan reportaj hazırlayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Sumqayıtda "42-ci məhəllə" adlanan ərazidə yerləşən texniki peşə məktəbinin keçmiş inzibati binasının bəzi otaqlarında şprislər, çirkli paltarlar var.

Otaqların pis qoxusu ətrafa yayılır. Bina istifadəsiz olsa da, aşağı mərtəbələrdəki otaqlarda naməlum şəxslərin şəraitsiz vəziyyətdə qalmaları şübhələri artırıb. İddia olunur ki, əraziyə narkomanlar toplaşır.

Qeyd edək ki, həmin binanın 4-cü mərtəbəsində 8 ailə yaşayır.

Texniki peşə məktəbinin mühafizəçisi bu insanların öhdəsindən gələ bilmədiklərini deyir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən "Xəzər Xəbər"ə bildirildi ki, artıq ərazi nəzarətə götürülüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.